Analoqsuz “Əxlaq Kodeksi”

Yanvar 28, 2012 at 5:49 pm Şərh yazın

     Bu yaxınlarda Özbəkistan “Ali və Orta təhsil nazirliyi ” analoqsuz yeni sənəd hazırlayıb.  Sənəd, «Ali Təhsil Müəssisələri üçün Etik Qaydalar» adlanır və qədim Çin fəlsəfi təlimi MOİZMə əsaslandığını güman edilir( moizmdə əsas diqqət sosial etika məsələsinə ayrılırdı). Bu müdrik sənədə əsasən bundan sonra ali təhsil ocaqlarında “Əxlaq Kodeksi ” adlanan yeni fənn tədris olunacaq. Əsas məqsəd isə yeni özbək buddaların yaradılmasıdır. Yeri gəlmişkən, bu qərarla daha ətraflı maraqlananlar üçün:   http://www.azadliq.org/content/article/24460518.html

Daşkənd Dövlət İnstitutunun tələbələr

      Həmin bu “Əxlaq Kodeksi”-də salamlaşmaq, universitet daxili problemlərin kənarda danışılmaması, internetnetdən istifadə məhdudiyyətləri filan yer alıb. Bir sözlə tələbələrin daxili həyatına belə senzura qoyulub. Sənəd sahibləri,  ”Bu,  tələbələrin pis yola düşməsinin qarşısını alır, onları alkoqolizm və narkomaniya, o cümlədən dini ekstremizm və kütləvi mədəniyyət təhdidlərindən qoruyur” kimi “bəşəri” arqumentlər gətiriblər.  Analoqsuz bu sənədə etika təliminin banisi Aristotelin yaşadığı “rəhmət “adlı məkandan cavab gəlib. Aristotel bu qərarın Qafqaza da şamil olunmasının vacibliyini vurğulayıb.

Mahiyyətcə Özbəkistandan elə də fərqlənməyən ( vahid ideologiya, milli-mentalitet və s.) Azərbaycan hakimiyyəti də qərarı gözdən keçirib və icrasına qərar verib. Belə ki, “Yap və İrəli üzvü olmayan qalmayacaq” devizi ilə kütləvi şəkildə üzvlüyə başlanıb. Yapın icra katibi Əli Əhmədov da tələbələrin öz səmərəli vaxtlarını AFU, BJM və digər masson təşkilatlarında keçirməmək üçün bu addımı atdıqlarını bildirib. O, milli mentalitetinə sadiq qalaraq bu sözünə: “Ölünü özbaşına qoysan kəfəni batırar” misalını arqument gətirib. Yeni sənəddə tələbələrin sosial şəbəkələrdə status yazmaq, mitinqə və müxalifətin təşkil etdiyi forumlara qatılmaq, fikir azadlığı hüququ əlindən alınıb. Əli Əhmədov Avropada camaatın limitsiz azad yaşadığını bildirib. O, Avropanı əxlaqsızlıqda günahlandırıb. Avropanın çıxış yolunu Azərbaycan mentalitetinə sarılmasında görüb. Azərbaycanın qədim oğuz yurdu, kişilər yurdu olduğunu bildirib. Təhsil naziri Misir Mərdanov isə təhsilimizdə Özbəkistan modelinin  alternativsiz ” Demokratik sənəd ” olduğuna valideynləri inandıra bilib. Vətənə və millətə xeyirli olsun deyək!

Entry filed under: Uncategorized. Tags: , , , , , .

Ümummilli Şaxtababa “Uşaqlıq xatirəsi”. müəllif – M.Ə.Rəsulzadə

Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Trackback this post  |  Subscribe to the comments via RSS Feed


Ən son yazılar

Buradan izlə

Məni izləyirlər

free counters

Nicat Kamal

Kateqoriya dumanı

Uncategorized

Follow

Get every new post delivered to your Inbox.